Birbaşa sifarişlər üçün əlaqə
Onlay sifariş
Saç qulluq kremi - Balzam
Tək istifadəlik saç qulluq kremi əsasən gigiyena və rahatlıq tələb olunan gözəllik salonları və bərbərxanalar üçün nəzərdə tutulub. Saç yuma, boyama, kəsim və fen prosedurlarından sonra saçın yumşaldılması, qidalandırılması və asan daranması məqsədi ilə istifadə olunur. Bu məhsul otellər, SPA və wellness mərkəzlərində müştərilərə təqdim olunan birdəfəlik qulluq vasitəsi kimi də uyğundur. Standart ölçüdə olması həm israfın qarşısını alır, həm də hər müştəri üçün təhlükəsiz və gigiyenik istifadə imkanı yaradır. Tək istifadəlik format çarpaz yoluxma riskini azaldır, xidmət keyfiyyətini yüksəldir və peşəkar yanaşmanı ön plana çıxarır.
Tək istifadəlik şərbət
Tək istifadəlik künefə şərbəti əsasən şirniyyatxanalar, restoranlar və kafelər üçün nəzərdə tutulub. Künefə və digər isti şirniyyatların üzərinə tökülərək dadını tamamlamaq və standart ləzzəti qorumaq məqsədi ilə istifadə olunur. Birdəfəlik qablaşdırma sayəsində hər porsiya üçün eyni ölçüdə şərbət təqdim edilir, həm gigiyena təmin olunur, həm də dad balansı qorunur. Xüsusilə takeaway və çatdırılma sifarişlərində şirniyyatın keyfiyyətini saxlayan praktik həlldir.
Tək istifadəlik şampun – fərdi loqolu
Otellərdə, hamamlarda, spa və fitness mərkəzlərində, sağlamlıq klinikalarında və səyahətlərdə fərdi loqolu paketlərdə təqdim olunur. Bu, həm gigiyenik və rahat istifadə təmin edir, həm də brendin vizual görünürlüğünü artırır. Qonaqlara səliqəli və peşəkar təqdimat təqdim edərək müştəri məmnuniyyətini yüksəldir.